İngiltərə

“Arsenal”da zədə epidemiyası – Arteta səbəbini bilir

“Arsenal”ının baş məşqçisi Mikel Arteta Kay Haverts və digər futbolçuların zədələrini şərh edib.

“Havertsin zədəsi? Bu, digər futbolçularda olduğu kimi, zaman məsələsi idi. “Arsenal” nominal forvardsız qalıb. Qabriel Jesus ilə problemlərimiz var. Bukayo Saka və Qabriel Martinelli haqqında danışmayacağam.

Dubayda gözəl təlim-məşq toplanışı keçirdik, sağaldılar. Və sonra bu zədə baş verdi – gözlənilmədən.

Bu bir problemdir. Biz bunu qəbul edib irəli getməliyik.

Futbolçular iki mövsümdə 130 matça çıxıbsa, hər hansı zədələnmə an məsələsidir. İndi oyunçuların iş yükü yalnız artır.

Futbolçular daha az məşq edir, çünki matçlar çoxdur. Sadəcə olaraq məşq üçün vaxt yoxdur. Və bu bir problemdir, çünki əzələlər kifayət qədər yük almır. Üstəlik, məşq də bərpadır. Ancaq vaxt yoxdur”, – Arteta deyib.

Daha əvvəl məlum olmuşdu ki, Kay Havertsin dizindən əməliyyata ehtiyacı var.

Aut.az