Premyer Liqada qalmaqal: Futbolçu azarkeşə tüpürüb?
“Mançester Yunayted”in yetirməsi, hazırda “Bernli”də çıxış edən Hannibal Mejbri “Lids” azarkeşlərinə tüpürməkdə ittiham olunub.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
İddia edilən hadisə Premyer Liqanın 8-ci turunda “Lids”lə keçirilən və “Bernli”nin 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda baş verib. Mejbri görüşün 83-cü dəqiqəsində ehtiyat oyunçular skamyasından meydana daxil olub və isinmə zamanı “Lids Yunayted” azarkeşlərinə tərəf tüpürüb.
Futbol Assosiasiyası açıqlamasında bildirib: “İddia olunur ki, oyunçu idman qaydalarını pozaraq və uyğun olmayan davranış sərgiləyərək ‘Lids Yunayted’ azarkeşlərinə və ya onların istiqamətinə tüpürüb.”
Hannibal 28 noyabra qədər ittihamlara cavab verməlidir. Əks halda onu cəza və maliyyə sanksiyası gözləyir.
Bu mövsüm “Mançester Yunayted”in yetirməsi bütün turnirlərdə 11 oyuna çıxıb, 1məhsuldar ötürmə edib.
Aut.az
