“Liverpul” və “Siti” onu hədəfə aldı
“Everton”un hücumçu İliman Ndiaye 3 İngiltərə Premyer Liqası klubunun diqqət mərkəzindədir.
Aut.az xəbər verir ki, “Footmercato” məlumatına görə, hücumçunu “Liverpul”, “Mançester Siti” və “Tottenhem” klubları transfer etmək istəyir. 25 yaşlı futbolçunun transfer qiyməti 35 milyon avrodur.
Seneqallı hücumçu ötən ilin yayında “Everton”a keçib və 2029-cu ilin ortalarına qədər müqavilə imzalayıb. Cari mövsümdə Ndiaye “Everton” üçün 15 oyuna çıxıb, 4 qol vurub və 1 asist edib.
Aut.az
