İngiltərə

“Yunayted” və “Çelsi” dəyiş-düyüşə hazırlaşır

“Mançester Yunayted” və “Çelsi” futbolçuların mübadiləsi imkanını müzakirə edir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Floryan Plettenberq məlumat yayıb.

Klublar Alejandro Qarnaçonu Kristofer Nkunku ilə dəyişmək imkanını nəzərdən keçirir. Bu məsələ ilə bağlı yekun qərar yoxdur. Lakin mübadilə ideyası artıq müzakirə olunub.

20 yaşlı Qarnaço bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 33 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir və oyunçunun qiyməti, “Transfermarkt” portalına görə, 50 milyon avrodur.

27 yaşlı Nkunkunun aktivində 2024/25 mövsümündə 28 oyun, 13 qol və 4 məhsuldar ötürmə var. Fransız futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt”a görə, onun da dəyəri 50 milyon avrodur.

Aut.az