İngiltərə

MY ondan əl çəkmir: 50 milyon təklif edəcəklər

“Mançester Yunayted” yenidən “Everton”un əsas müdafiəçisi Carred Brantvey ilə müqavilə imzalamağa çalışacaq.

Aut.az xəbər verir ki, əvvəllər rədd edilən təkliflərə baxmayaraq, “qırmızı şeytanlar” futbolçu üçün təxminən 50 milyon funt-sterlinq ödəməyə hazırdır. Avropanın digər top klubları da Carredlə maraqlanır. Bunlar “Liverpul” və “Real”dır.

Qeyd edək ki, 22 yaşlı futbolçunun “Everton” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Cari mövsümdə Brantvey bütün yarışlarda 27 oyun keçirib və cəmi 1 qol ötürməsi edib.

Aut.az