İngiltərə

Mesajına görə onu cəzalandıracaqlar?

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Tottenhem”lə matçda (3:3) mübahisəli qərar verən hakim Saymon Huperi tənqid etdiyinə görə İngiltərə Futbol Assosiasiyasının (FA) cəzasından yayına biləcək.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, nə Haaland, nə də hər hansı digər oyunçu və ya “Siti”nin məşqçilər korpusunun nümayəndəsi hakimə qarşı iddialara görə cəzalandırılmayacaq.

Vurğulanır ki, norveçlinin oyundan sonra sosial şəbəkələrdə yazdığı “WTF” mesajı da mediada şərhlər və sosial şəbəkələrdə fəaliyyətlə bağlı qaydaları pozmadığı üçün heç bir intizam tənbehinə səbəb olmayacaq.

Aut.az