İngiltərə

Vəziyyətindən şikayətlənən Salahı eqoist adlandırdı

“Liverpul”un keçmiş futbolçusu Ceymi Karraqer “qırmızılar”ın hücumçusu Məhəmməd Salahı tənqid edib.

Aut.az xəbər verir ki, “qırmızılar”ın əfsanəsi mətbuatda klubdan yeni müqavilə təklif almaması ilə bağlı narazılığını ifadə edən  misirli futbolçunu tənqid edib:

“Deməliyəm ki, Məhəmməd Salahdan çox məyus oldum. “Liverpul” gələn həftə “Real”aə, həftəsonu isə “Mançester Siti” ilə qarşılaşacaq. O, şərhlər verməyə davam edirsə və agenti sirli mesajlar göndərməyə davam edirsə, bu eqoistlikdir. Onlar klub haqqında deyil, özləri haqqında düşünürlər”.

Xatırladaq ki, Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 32 yaşlı vinger 2017-ci ildən İngiltərə klubunda çıxış edir.

Aut.az