Məşhur hücumçunun iki oğlu “Siti”də debüt etdi
Məşhur futbolçu Emil Heskinin iki oğlu – Ceyden və Reyqan eyni matçda “Mançester Siti”də debüt ediblər.
Aut.az xəbər verir ki, bu, sentyabrın 24-də, Liqa Kubokunda “Haddersfild Taun”a qarşı matçda (2:0) baş verib.
On doqquz yaşlı yarımmüdafiəçi Ceydan 76-cı dəqiqədə meydana çıxıb. Reyqan Heski isə 83-cü dəqiqədə oyuna qoşulub.
Maraqlıdır ki, Emil Heski heç vaxt “Mançester Siti”də oynamayıb. O, 2000-2004-cü illərdə “Liverpul”da keçirdiyi vaxtlarla tanınır. O, həmçinin “Lester Siti”, “Birmingem”, “Uiqan”, “Aston Villa”, “Nyukasl Jets” və “Bolton”da da oynayıb. 1999-2010-cu illərdə İngiltərə millisində 62 oyun keçirib və 7 qol vurub.
Aut.az
