150 milyonluq futbolçunun son durumu açıqlandı
25 yaşlı isveçli hücumçu Aleksander İsak zədəsini tam sağaldıb.
Aut.az xəbər verir ki, bu barədə “Insykaila News” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu artıq 100% hazırdır və İngiltərə Premyer Liqasında “Nottingem Forest”ə qarşı oyunda iştirak edə biləcək.
İsak 2026-cı ilin yayında “Nyukasl”dan “Liverpul”a 150 milyon avroya transfer olunub. Cari mövsümdə o, klub səviyyəsində 8 oyun keçirib və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
