İngiltərə

Gündoğan “Siti”dən ayrılır?

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan karyerasını İtaliyada davam etdirə bilər.

Aut.az xəbər verir ki, “İnter” “şəhərlilər”lə müqaviləsi başa çatacaq 34 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Fichajes” məlumat yayıb.

Milan klubu yayda azad agent statusunda olacaq Gündoğanla müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, İlkay bu mövsüm “Mançester Siti”nin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az