MY-nin ən yaxşılarından ibarət komanda: Ronaldoya yer vermədi
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Fil Cons “Qırmızı şeytanlar”ın ən yaxşı oyunçularından ibarət komanda toplayıb.
Aut.az xəbər verir ki, “Goalglobal”a müsahibəsində ingilisdən meydandakı mövqeləri nəzərə alaraq 7 nəfərlik heyət yığması istənilib.
Fil Cons komandasında Kriştiano Ronaldoya yer olmayıb.
Qapıçı: David de Xea;
Müdafiəçilər: Rio Ferdinand, Nemanya Vidiç;
Yarımmüdafiəçilər: Maykl Kerrik, Poul Skoulz;
Hücumçular: Ueyn Runi, Robin van Persi.
Aut.az
