“Arsenal” onun keçidini rəsmən açıqladı – FOTO
“Arsenal” “Çelsi”dən Rahim Sterlinqin transferini açıqlayıb.
Aut.az xəbər verir ki, ingilis futbolçu 2024/2025 mövsümünün sonuna kimi yeni komandasında icarə əsasında çıxış edəcək.
Rahim Sterlinq bundan əvvəl “Liverpul” və “Mançester Siti”də də çıxış edib. Ötən mövsüm Sterlinq bütün yarışlarda 43 matçda iştirak edib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun “Çelsi” ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.
“Arsenal” Premyer Liqada növbəti oyununu bu gün, avqustun 31-də doğma stadionunda “Brayton”a qarşı keçirəcək.

