“Saxtyor” Kaşukla bağlı qərar verdi
“Şaxtyor” rəhbərliyi 2022/23 mövsümünü “Sabah”da icarə əsasında keçirmiş 22 yaşlı sağ cinah yarımmüdafiəçisi Aleksey Kaşuku əsas komandaya qaytarmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Viktor Vatsko məlumat verib.
“Başa düşdüyüm qədər, Aleksey Kaşuk “Şaxtyor”a qayıdır. O, Azərbaycan “Sabah”ında çıxışı ilə rəhbərliyi heyran edib – 31 matçda 16 qol vurub, 10 məhsuldar ötürmə verib. Bu bir göstəricidir”, – Vatsko bildirib.
Qeyd edək ki, “Sabah” Kaşuku almaq istəsə də, “Şaxtyor” onun üçün çox yüksək qiymət müəyyən edib.
Aut.az
