İspaniya

Kasilyas qorxur: DÇ-2030 İspaniyadan alına bilər

“Real”ın və İspaniya yığmasının əfsanəvi qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesin korrupsiyada ittiham olunduğu istintaq ilə bağlı qalmaqal barədə danışıb.

Aut.az xəbər verir ki, o, bu hadisənin fonunda İspaniyanı FİFA-nın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edə biləcəyindən narahatlığını ifadə edib:

“Bu, çox pis məqamdır. Qorxuram ki, 2030-cu il dünya çempionatından məhrum ola bilərik… Görəcəyik!”, — deyə Kasilyas sosial şəbəkə hesabında RFEF-i işarələyərək yazıb.

Xatırladaq ki, mart ayında İspaniya Mülki Qvardiyası federasiyanın binasında, həmçinin Rubialesin evində axtarışlar aparmışdı.

2030-cu ildə keçiriləcək dünya çempionatına İspaniya ilə yanaşı, Portuqaliya və Mərakeş də ev sahibliyi etməlidir.