Azərbaycan futboluManşetSeçmə

PFL mükafatları bu oyunda, bu stadionda təqdim edəcək – Rəsmi açıqlama

Azərbaycan Premyer Liqasında mövsüm başa çatmaq üzrədir. Artıq finişə 2 tur qalıb. Çempion da, medalçılar da müəyyənləşib. Yalnız Konfrans Liqasına 3-cü vəsiqənin sahibinin və elitanı tərk edən klubun adına aydınlıq gəlməyib.

Çempion və medalçılar müəyyənləşdiyindən çempionatın təşkilatçısı Peşəkar Futbol Liqası mükafatlandırma barədə plan qura bilər. Mərasim harada və nə vaxt baş tutacaq?

PFL-in texniki-idman direktoru Elgiz Abbasov Aut.az-a açıqlamasında mükafatlandırma mərasiminin ənənə üzrə sonuncu turda baş tutacağını bildirdi:

“Mükafatlandırma mərasimi hər mövsümün son turunda baş tutur. Biz hər zaman bu mərasimi xüsusi etməyə, futbol bayramının yaşanmasına çalışırıq. Bu dəfə də eyni qaydada olacaq. Öncə ikinci və üçüncü pillədə qərarlaşan “Sabah” və “Neftçi” komandalarının oyunu baş tutacaq.  “Qarabağ” – “Turan Tovuz” matçı mövsümün sonuncu oyunu olacaq. Həmin qarşılaşmadan sonra mükafatlandırma mərasimi baş tutacaq.

Mərasimdə çempion komanda ilə yanaşı gümüş və bürünc medalların sahibləri də mükafatlandırılacaq. Həmçinin Premyer Liqanın bombardirinin də mükafatlandırılması nəzərdə tutulub. Mərasim başa çatdıqdan sonra mövsümün bağlanışını təntənəli şəkildə qeyd etməyi nəzərdə tutmuşuq”.

Qeyd edək ki, PFL sonuncu turun oyun cədvəlini hələ açıqlamayıb.

PFL mükafatları bu oyunda, bu stadionda təqdim edəcək - Rəsmi açıqlama

Aut.az