Merih Demiral Levandovskinin rekordunu qırdı
Türkiyə millisinin müdafiəçisi Merih Dəmiral Avropa çempionatlarının tarixinə düşüb.
Aut.az xəbər verir ki, o, buna Avro-2024-ün 1/8 finalı çərçivəsində baş tutan Avstriya ilə görüşdə erkən qola imza atmaqla nail olub.
“Əl Əhli”nin 25 yaşlı futbolçusu 57-ci saniyədə vurduğu qol Avropa çempionatlarının pley-off mərhələsi tarixinin ən erkən qolu olub.
Bundan əvvəlki rekord Avro-2016-nın 1/4 finalında Portuqaliya ilə oyunda (1:1, 3:5 – penaltilər) fərqlənən Polşa millisinin üzvü Robert Levandovskiyə (1 dəqiqə 40 saniyə) məxsus idi.
Aut.az
