Ronaldonun göz yaşlarına biganə qala bilmədi – FOTO
İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Avro-2024-ün 1/8 final oyununda Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun göz yaşlarına münasibət bildirib.
Aut.az xəbər verir ki, o, Ronaldonun sosial şəbəkə hesabında fotosunu paylaşaraq bu sözləri yazıb:
“Vətənə əsl sədaqət! Kriştiano, sən bu dünyanı lütf edən ən böyük futbolçusan! Keçmiş şöhrətdir! İndiki vaxtda tarixdir”.
Qeyd edək ki, Ronaldo Sloveniya millisinin qapısına penaltini buraxdığı üçün göz yaşlarını saxlaya bilməyib. Xoşbəxtlikdən Portuqaliya komandası penalti seriyasında qalib gəlib. Avro-2024-ün 1/4 finalında prineylilər iyulun 5-də Fransa ilə qarşılaşacaq.
Aut.az

