DÇ-1966-nın sağ qalan yeganə çempionu Avro-2024-ün finalı haqda danışdı
İngiltərə millisinin sabiq hücumçusu, millinin heyətində sağ qalan sonuncu dünya çempionu Cef Hörst qarşıdan gələn Avro-2024-ün finalı haqda danışıb.
Aut.az xəbər verir ki, Britaniyanın “The Sun” onlayn nəşri Hörstdən sitat gətirib.
“İngiltərənin 1966-cı ildə Dünya Kubokunu qazanan komandasının sağ qalan yeganə üzvü kimi, milli komandanın böyük bir turnirdə qalib gəlməsini nə qədər arzuladığımı izah edə bilmərəm.
Amma bu, təkcə futbolçulara və məşqçilərə aid deyil. Burada söhbət bütün ingilis pərəstişkarlardan gedir”, – Hörts bildirib.
Aut.az
