Azərbaycan futboluManşet

Yaşar Seyidov “Dinamo”da – Novruz Əzimovu da gətirdi

Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanın 2-ci Liqasında yarışacaq komanda sayı müzakirə edilib. Qərara əsasən, iştirakçıların sayı 12-dən 14-ə yüksəldilib.

Qusarın “Şahdağ” və Daxili İşlər Nazirliyinin “Dinamo” komandaları 2-ci liqaya buraxılıb.

Aut.az “Dinamo”nun strukturuna rəhbərlik edəcək şəxslə bağlı məlumat alıb. Komandanın prezidenti Yaşar Seyidov olacaq. O, vaxtilə “Bakı”da vitse-prezident postunu tutub.

“Dinamo”nun baş məşqçisi də sabiq “Bakı”lıdır. Komandanı Novruz Əzimov çalışdıracaq.

Aut.az