İngiltərə

Haalandın telefonunda nömrəsi olan ən məşhur şəxs kimdir? – VİDEO

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland blogerə açıqlamsında telefonunda nömrəsi olan ən məşhur şəxs haqda danışıb.

Aut.az xəbər verir ki, müsahibə zamanı məlum olub ki, Haaland, demək olar ki, telefondan istifadə etmir.

“Heç vaxt bu barədə düşünməmişdim. Telefondan tez-tez istifadə etmədiyim üçün məndə belə nömrələrin çox olduğunu düşünmürəm. Sosial şəbəkələr var! Yoxlayırdım, amma telefonum yanımda deyil. Mən bu barədə düşünməmişəm.

“WhatsApp”da mesaj göndərmirəm, adətən bunu “Instagram”da edirəm. Məndə Ronaldonun nömrəsi yoxdur. Yaxşı, əgər birinin adını tez deməliyəmsə, bu, Cud Bellinqemdir”, – Haaland deyib.

Aut.az