İngiltərəİtaliya

“İnter” “Çelsi”nin 50 milyonluq təklifini rədd etdi

“İnter” müdafiəçi Alessandro Bastonini “Çelsi” klubuna satmaqdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat verib.

Mənbənin məlumatına görə, London təmsilçisi 26 yaşlı italyan futbolçu üçün 50 milyon avro təklif etsə də, Milan klubu bu təklifi rədd edib.

2024/25 mövsümündə Bastoni 57 oyunda iştirak edib, 2 qol vurub və 6 qol ötürmə ilə yadda qalıb.

Aut.az