Avro 2024-ü qazansalar, bədəninin bu hissəsinə döymə etdirəcək
İngiltərə milli komandası ilə Avro-2024-ə hazırlaşan “Brentford”un hücumçusu İvan Toni maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, turnirdə qalib gələcəkləri təqdirdə alnına döymə etdirməyə hazır olduğunu etiraf edib:
“Bəli, 100 faiz yeni döymə etdirəcəyəm. Qələbə qazansaq, əlbəttə. Düşünürəm ki, alnıma kubok və ya başqa bir şey həkk edəcəyəm!
Sözsüz ki, mənə yaddaqalan bir şeyə ehtiyacım olacaq. Ümid edirəm ki, bu, yaxşı olacaq”.
Qeyd edək ki, İngiltərə millisi Avro-2024-də Sloveniya, Danimarka və Serbiya ilə birlikdə C qrupunda yer alıb.
Aut.az
