“Yunayted” “Siti”nin sabiq ulduzunu istəyir: Hansı qərarı verəcək?
“Mançester Siti”nin keçmiş müdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Joao Kanselo İngiltərə Premyer Liqasına qayıda bilər.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. Klub sağ cinah müdafiəçisi mövqeyini gücləndirməyi planlaşdırır və yayda transfer bazarına çıxacaq.
“Yunayted”in baş məşqçisi Ruben Amorimin bu mövsüm müdafiədəki çıxışından narazı olduğu və rəhbərlikdən bu addımı atmağı xahiş etdiyi bildirilir. Kanselo son qərarını verməyib. O, karyerasıının 4 ilini “Mançester Siti”də keçirdiyi üçün İngiltərəyə qayıtmağa isti yanaşır.
2024/25 mövsümündə Joao “Əl-Hilal”ın heyətində 17 liqa matçına çıxıb, 5 məhsuldar ötürmə edib. Müdafiəçinin Səudiyyə klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır.
Aut.az
