İngiltərə

“Everton”un yeni stadionunda ilk qolu görün kim vurdu – VİDEO

Dörd illik tikintidən sonra yeni “Everton”yb tebu stadionu öz qapılarını azarkeşlərinin üzünə açıb.

Aut.az xəbər verir ki, Liverpul təmsilçisinin 800 milyon funt sterlinqlik arenası əfsanəvi “Qudison Park”ın qərbində, Bremli Mur Dokda yerləşir.

“İndependent”in məlumatına görə, 18 yaşadək futbolçulardan ibarət “Everton” və “Uiqan” arasında keçirilən yoxlama oyununda 10 min azarkeşdən ibarət seçilmiş qrup iştirak edib.

Simvolik olaraq, 12-ci dəqiqədə yeni meydançada ilk qolu “Uiqan”ın yarımmüdafiəçisi və “Liverpul” azarkeşi Harrison Rimmer vurub. Qol sevinci zamanı o, “qırmızılar”ın 6 Çempionlar Liqası titulunun qazanması üçün 6 barmağını havaya qaldırıb.

Məğlubiyyətə (1:2) baxmayaraq, “şirniyyatçılar” yeni stadionlarının istifadəyə verilməsinə seviniblər. Bir

Stadion 52000 tamaşaçı tutumuna malik olacaq ki, bu da onu Premyer Liqada yeddinci ən böyük arena olacaq. Burada Avro-2028-in oyunları da keçiriləcək. Layihə Böyük Britaniya iqtisadiyyatına təxminən 1,3 milyard funt-sterlinq töhfə verəcək və 15 min iş yeri yaradacaq.

Aut.az