Daha sürətli və daha az səhv: Ofsayd bu üsulla müəyyənləşəcək
Premyer Liqa klublarıgələn mövsümdən etibarən İngiltərə çempionatının oyunlarında ofsaydın müəyyən edilməsi üçün yarı avtomatik sistemin tətbiqini təsdiqləyib.
Bu, VAR vasitəsilə fərdi hakim tərəfindən müəyyən edilən və son mövsümlərdə mübahisəli məqamlara səbəb olan ofsaydlarla bağlı mövcud vəziyyəti sürətləndirməli və yaxşılaşdırmalıdır.
İndi Premyer Liqada uzun yoxlamalara və müntəzəm səhvlərə görə daim tənqid olunan “Hawk-Eye” sistemindən istifadə etməklə ofsayd müəyyən edilir.
Yeni sistem yalnız ofsaydın aşkarlanması üçün işləyən 12 kameradan istifadə edəcək. Sistem bir neçə saniyə ərzində ofsayd məlumatlarını hakimə ötürəcək ki, bu da uzun VAR yoxlamalarından qaçmağa və oyunun tempini sürətləndirməyə kömək edəcək.
Sistemin stadionun tablolarında ofsayd şəklini göstərəcəyi gözlənilir. Oxşar, lakin eyni olmayan sistem artıq Çempionlar Liqası və A Seriyasında istifadə olunur.
Aut.az
