Premyer Liqaya qayıdır? – Bu çempionata hələ də bağlıyam
“Bavariya”nın vingeri Leroy Sane İngiltərə çempionatına mümkün qayıdışı ilə bağlı şayiələrə münasibət bildirib.
Aut.az xəbər verir ki, Almaniya milli komandasının üzvü bu sözlər deyib:
“Mən hələ də Premyer Liqaya bağlıyam və bəzi matçları televizorda izləyirəm. Ancaq ən yaxşı oyunumu göstərə biləcəyim, inkişaf edə biləcəyim və titullar qazana biləcəyim bir klubda oynamaq fürsəti məni cəlb edir. “Bavariya”da bütün bunlar var, Mənim ən böyük vəzifəm və hədəflərim budur”.
Mətbuatda yayılan xəbərlərə görə, əvvəllər “Mançester Siti”də çıxış edən 28 yaşlı alman futbolçu “Arsenal”, “Mançester Yunayted” və ya “Nyukasl”a keçə bilər.
Sanenin Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm o, “Bavariya” forması ilə bütün yarışlarda 11 matçında 3 qol vurub.
Aut.az
