Yaraya duz sürtməyi xoşlayırsınız – Ranyeri kimə irad bildirib?
Klaudio Ranyeri Mats Hummels ilə münaqişəni inkar edib.
Aut.az xəbər verir ki, “Roma”nın müdafiəçisi daha əvvəl sosial şəbəkədə Romada gəzərkən çəkilmiş fotolarını yerləşdirərək, oyun vaxtının az olması ilə bağlı zarafat etmişdi: “Və ən uzun tətil üçün “Oskar”…”
“Bütün oyunçular yaxşıdır, hazırdırlar. Niyə həmişə qalmaqal axtarırsınız?
Başa düşürəm ki, işlər pis gedəndə yaraya duz sürtməyi xoşlayırsınız. Amma o, sadəcə, Romanı görməyə qərar verən almandır, sakitdir. Biz hamı ilə yaxşı yola gedirik”, – “Roma”nın baş məşqçisi Avropa Liqasında “Atletik”ə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Aut.az
