İbra onun transferi haqda: Keçmiş oyunçu kimi yaxşı bilirəm ki…
İtaliyanın “Milan” klubunun sabiq hücumçusu, hazırda komandanın rəhbərliyində vəzifə tutan Zlatan İbrahimoviç İspaniya yığmasının kapitanı Alvaro Moratanın kluba transferini izah edib.
“Mən keçmiş oyunçu kimi yaxşı bilirəm ki, səviyyəli futbolçu təkcə meydanda deyil, meydandan kənarda da özünü göstərməlidir. Balans olmalıdır və Morata buna sahibdir. Onun komandaya optimal şəkildə uyğunlaşacağına şübhəm yoxdur. Hamı onu gözləyir. Hər kəs onunla tez bir zamanda tanış olmaq və onunla işləmək istəyir. Morata Milanın DNT-sini bilir və onun iddialı planları var”, – deyə “Pianetamilan.it” İbradan sitat gətirib.
Ötən mövsüm 31 yaşlı Morata bütün yarışlarda 48 matçda iştirak edib, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.
Aut.az
