Boynuna aldı, mərc edib
“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli müstəntiqlərə futbol matçlarına mərc etdiyini etiraf edib.
Aut.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Facoliyə verilən cəzanı yüngülləşdirmək üçün vəkilləri onun heç vaxt çıxış etdiyi komandaların matçlarına mərc etmədiyini vurğulayırlar. Onlar həmçinin qeyd edirlər ki, futbolçunun oyun aludəçiliyi var və bu səbəbdən gənc yaşlarında aktiv şəkildə poker oynamağa başlayıb.
İstintaq Facolinin qeyri-qanuni mərc oyunlarında iştirakını təsdiqləsə, Nikolo üç il və ya daha çox müddətə diskvalifikasiya ilə üzləşəcək.
Aut.az
