Almaniya

Ənvər almanları məhkəməyə verdi

“Maynts”ın sabiq müdafiəçisi Ənvər Əl Qazi müqaviləsinə xitam verdiyi üçün klubu məhkəməyə verib.

28 yaşlı niderlandlı İsraillə münaqişədə Fələstini açıq şəkildə dəstəkləyib, bundan sonra “Maynts” onu əvvəlcə komandadan uzaqlaşdırıb, daha sonra isə futbolçu ilə müqaviləyə xitam verib.

Ənvər Əl-Qazi ərizə ilə Maynts əmək məhkəməsinə müraciət edib. Bu iş üzrə dinləmələr bu il başlayacaq, lakin dekabrın əvvəlindən tez olmayacaq.

“Maynts”la müqaviləsi başa çatana qədər El Qazi alman klubunda 2,5 milyon avro qazana bilərdi.

Aut.az