Dünya futbolu

Zidan kimi deyir? – Yüksək səviyyəli futbolçu olmadığını iddia etmək düzgün deyil

Əfsanəvi sabiq futbolçu Zinəddin Zidan “Liverpul”un sabiq lideri Stiven Cerrardı tərifləyib.

Aut.az xəbər verir ki, o, ingilis həmkarıı haqda bu sözləri deyib:

“O dövrdə Stiven Cerrard iki-üç il ərzində dünyanın ən yaxşı yarımmüdafiəçisi idi. Cerrard bütün karyerası boyu “Liverpul”a sadiq qaldı, bu isə klub üçün möhtəşəm idi. Amma o, getmək istəsəydi, Avropanın bütün aparıcı klubları onu heyətində görmək istəyərdi. Onun yüksək səviyyəli futbolçu olmadığını iddia etmək düzgün deyil”, – deyə Zidan bildirib.

Aut.az