Qaydasız döyüş

Deyn çox ödəməli olacaq: İslam yüngül çəkiyə qayıtmaq üçün şərtini dedi

Yüngül çəkidə UFC-nin keçmiş çempionu, 34 yaşlı İslam Mahaçev eyham vurub ki, o, yalnız daha yüksək qonorar alacağı təqdirdə 70 kq çəki dərəcəsinə qayıtmaq fikrinə düşə bilər.

Aut.az xəbər verir ki, İslam bu barədə ESPN-ə müsahibəsində deyib:

“Karyeramı yarım ağır çəkidə davam etdirmək mənim üçün ən yaxşısıdır. Yüngül çəki limitinə çatmaq üçün yenidən çəkimi azaltmalı olsam, bu, çətin olar. Deyn çox ödəməli olacaq”.

İslam UFC-də debütünü 2015-ci ildə edib. 2022-ci ilin oktyabrında braziliyalı Çarlz Oliveyranı məğlub edərək  təşkilatın yüngül çəkidə (70 kq-a qədər) çempionu olub və bundan sonra dörd dəfə titulunu müdafiə edib. Ümumilikdə, döyüşçünün UFC-də 16 qələbəsi və bir məğlubiyyəti var.

Aut.az