Bakıda qələbə qazansa da, şansı yoxdur – Monson səbəbini açıqladı
UFC veteranı Jeff Monson, ABŞ-da döyüşlərin az olması səbəbindən Şarabutdin Maqomedovun (Şara Bullet) UFC çempionu olmasının çətin olacağı ilə bağlı fikirlərini bildirib.
İyunun 27-də Bakıda Şara Bullet braziliyalı Mişel Pereyranı məğlub edib.
Aut.az xəbər verir ki, TASS Monsonun sözlərini sitat gətirib:
“Şara canlı döyüşçü və xarakterlidir. Stend-ap yanaşması sayəsində döyüşləri adətən dinamik olur. Onun həmçinin böyük azarkeş bazası var. Lakin ABŞ-da heç bir döyüş keçirmədiyi üçün titul qazanmaq şansı onun üçün çətin olacaq”.
32 yaşlı Maqomedovun qarışıq döyüş sənətlərində 17 qələbəsi və 1 məğlubiyyəti var.
Aut.az
