Dünya futbolu

PSJ “satmıram” deyib, ona qiymət “kəsdi” – 116 milyon  

PSJ bir neçə Premyer Liqa klubunun marağına baxmayaraq, cinah yarımmüdafiəçisi Bredli Barkolanı satmağı düşünmür.

Aut.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, Paris klubu 23 yaşlı fransız oyunçunun bazar dəyərinin “Mançester Siti”nin “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson üçün razılaşdığı 116 milyon funt sterlinqdən xeyli yüksək olduğuna inanır.

Bununla belə, Barkola oyun müddətindən narazılığını gizlətməyib və əsas heyətdə daha önəmli rol oynamağa ümid edir. Onun hazırkı müqaviləsi hələ yenilənməyib.

Fransa klubu həmçinin yarımmüdafiəçi Li Kanq İn və hücumçu Randal Kolo Muani ilə yollarını ayırmağa hazırdır. Hər iki oyunçunun yay transfer pəncərəsi dövründə komandadan ayrılmasına icazə verilib.

Aut.az