Qaydasız döyüş

Topuriya həyatdan zövq almağın sirrini açdı

Gürcüstanlı UFC çempionu İlya Topuriya öz həyatına necə yanaşdığından danışıb.

Aut.az xəbər verir ki, Topuriya “DeepCut with VicBlends” podkastında deyib:

“İstədiyim həyatı təsəvvür etməyi həmişə sevmişəm. Və bu nöqtəyə çatmaq üçün nə edə biləcəyimi düşünürəm. İnanıram ki, səni ora apara biləcək tək şey həyatınızdakı hər şeydən zövq almaq bacarığıdır. Və hər an üçün minnətdar ol. Nə demək istədiyimi başa düşürsən?

Xəyalınızın nə qədər böyük olmasının əhəmiyyəti yoxdur. Əgər indiki həyatınızdan zövq almasanız, xəyalınıza çatsanız belə, həyatınızda heç bir şeydən zövq ala bilməyəcəksiniz”.

Aut.az