Qaydasız döyüş

Rəqibi dəyişdi

Əfsanəvi filippinli boksçu Menni Pakyaonun rəqibi dəyişib.

Aut.az xəbər verir ki, bu barədə “Rizin” döyüş təşkilatı məlumat yayıb.

Pakyao iyulun 28-də Çihiro Suzuki ilə qarşılaşmalı idi. Lakin bu yaxınlarda məlum olub ki, Çihiro Takanori Qomi ilə şou xarakterli döyüş zamanı xəsarət alıb. Menninin rəqibi Rukia Anpo olacaq. Döyüşün tarixi isə dəyişməz olaraq qalıb.

Pakyaonun hazırda 45 yaşı var. İdmançı peşəkar debütünü 1995-ci ildə edib və ilk dəfə 1998-ci ilin dekabrında çempion titulunu qazanıb. Karyerası ərzində filippinli 6 çəki dərəcəsində dünya çempionu olub.

Aut.az

Rəqibi dəyişdi