Həbibə qayıtmaq üçün görün nə qədər pul təklif edilib?
UFC-nin “Şöhrət Zalı”nın amerikalı üzvü Daniel Kormyer maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, karyerasını başa vuran Həbib Nurməhəmmədova oktaqona qayıtmaq üçün təklif edilən puldan danışıb:
“Həbib bizə UFC-yə qayıtmaq üçün 40 milyon dollardan imtina etdiyini söylədi. Onun ağlında neçə döyüş var idi. Hansılardır, bilmirəm. Sadəcə “40 milyondan imtina etdim, bitdi” dedi”.
Xatırladaq ki, Həbib peşəkar karyerası ərzində 29 döyüşdə iştirak edib və 29 qələbə qazanıb. Bunlardan 13-ü UFC turnirləri çərçivəsində qeydə alınıb.
