Qaydasız döyüş

O da narazılara qoşuldu: Mən də o qədər qonorar istəyirəm

Orta çəkidə (84 kq-a qədər) UFC-in keçmiş çempionu, nigeriyalı İsrael Adesanya Konor Bennin qonorarından narazı olan döyüşçülərin sırasına qoşulub.

Aut.az xəbər verir ki, İsrael də hər bir döyüş üçün 15 milyon dollar almaq istədiyini bildirib.

Britaniyalı boksçu Konor Bennin 26 apreldə Turki Əl-Şeyx, Deyn Uayt və Nik Khanın yaratdığı “Zuffa Boxing” təşkilatının himayəsi altında Recis Proqreys ilə döyüşünə görə 15 milyon dollar alacağı bildirilir.

Bu məbləğ nadir hallarda belə qonorar alan UFC döyüşçüləri arasında qəzəbə səbəb olub.

Şon O’Melli və Maykl Peyc əvvəllər narazılıqlarını bildirmişdilər. İndi isə onlara 28 martda “UFC Fight Night 271”də Co Piferlə döyüşəcək Adesanya qoşulub.

Aut.az