İtaliyaİngiltərə

Osimehenin transferi 95 faiz həll olunub: 70 milyon verirlər

“Napoli”nin mərkəz hücumçusu Viktor Osimhenin “Mançester Yunayted”ə transferi 95% tamamlanıb.

Aut.az xəbər verir ki, bu barədə “Business Day” məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunun transferi üçün Neapol klubuna 70 milyon avro ödəməyə hazırdır. Osimhenin PSJ-nin də maraq dairəsində olduğu vurğulanır.

Bu mövsüm forvard icarə əsasında “Qalatasaray”da çıxış edir. O, bütün yarışlarda 26 oyun keçirib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun “Napoli” ilə əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

Aut.az