Əfsanə Fabreqası təriflədi: Üç-dörd ildən sonra…
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri “Komo”nun ispaniyalı baş məşqçisi Sesk Fabreqasın perspektivləri haqda danışıb .
Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis gənc məşqçinin ünvanına xoş ifadələr səsləndirib:
“Artıq Komo haqqında düşünürəm, onlar bizi bir dəfə məğlub ediblər. Qələbə ruhu ilə a doludurlar və yaxşı oynayırlar. Fabreqas üç-dörd ildən sonra Avropanın ən yaxşı məşqçilərindən biri olacaq, mən buna əminəm”.
“Komo” hazırda İtaliya çempionatının turnir cədvəlində 13-cü yerdədir. Fabreqasın komandası 26 oyunda 28 xal toplayıb.
Qeyd edək ki, 37 yaşlı Fabreqas məşqçilik karyerasına 2023-cü ildə başlayıb.
Aut.az
