İtaliya

İtaliya futbolunun əfsanəsi infarkt keçirdi

İtaliya millisinin bombardiri olan 79 yaşlı Luici Riva infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat verib.

Mənbənin sözlərinə görə, Riva Kalyaridəki evində huşunu itirib və keçmiş futbolçunun oğulları Nikola və Mauro onu xəstəxanaya aparıblar. Luici hazırda tibb işçiləri tərəfindən müalicə olunur. Eyni zamanda, kardiologiya, hemodinamika və kardiocərrahiyyə şöbəsinin mütəxəssisləri tezliklə Rivanın müalicəsi üçün gələcək addımları müəyyənləşdirəcəklər, angioplastika əməliyyatı ehtimalı var.

Keçmiş italyan futbolçu millinin heyətində bütün turnirlərdə 42 oyun keçirib və 35 qol vurub ki, bu da komandanın tarixində ən yaxşı nəticədir. Riva 1968-ci ildə İtaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.

Aut.az