Klopp israrlıdır: Onu transfer edin
“Liverpul” “Atalanta”nın və niderland millisinin yarımmüdafiəçisi Teuna Koepmaynerslə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirlir ki, “qırmızılar” əvvəlki transfer pəncərələrində də Kopmeynersi almağa çalışıb. Hər dəfə bir səbəbdən keçid baş tutmayıb.
Yurgen Klopp ixtiyarında olan mərkəz oyunçularından və seçimin az olmasından narazıdır. O, Kopmeynersi bazarda ən yaxşı variantlardan biri kimi görür.
Qeyd edək ki, “Yuventus”, “Real” və “Mançester Yunayted” də daxil olmaqla, bir sıra aparıcı Avropa klubları niderlandlı futbolçu ilə maraqlanır
