Dünya futbolu

Millinin qələbəsini bayram edərkən faciə yaşandı: 6 nəfər öldü

Qvineyada millinin Afrika Millətlər Kubokunda Qambiya millisi ilə oyunda (1:0) qazandığı qələbə bayram edilərkən 6 nəfər həlak olub.

Aut.az xəbər verir ki, bu barədə Qvineya Futbol Federasiyasının nümayəndəsi Amadu Makadji məlumat verib.

“Əsas odur ki, azarkeşlərimiz uğurlarını sülh içində qeyd etsinlər. Futbolun məqsədi ailələrə kədər deyil, sevinc gətirmək olduğu üçün özlərini təhlükəyə atmamaq üçün çox diqqətli olmalıdırlar. Biz daha çox ölüm üçün yas tutmaq istəmirik, ona görə də hər kəsi qələbəni qeyd etməyə, ancaq kiməsə zərər vermədən bunu etməyə çağırırıq”, – Makaji deyib.

Qvineyanın paytaxtı Konakridə azarkeşlər motosiklet və avtomobillərdə şəhər küçələrinə çıxaraq komandanın qələbəsini qeyd etmək qərarına gəliblər. İki avtomobilin yüksək sürətlə toqquşması nəticəsində 3 nəfər ölüb, qalanları isə digər qəzalarda dünyasını dəyişib.

Hazırda Afrika Millətlər Kubokunun qrup mərhələsində keçirdiyi iki oyundan sonra Qvineya millisi dörd xalla ikinci pillədə qərarlaşıb.

Aut.az