“Real”ın 19 yaşlı futbolçu ilə bağlı planı bəlli oldu
“Real” hələ də “AZ Alkmaar”ın 19 yaşlı yarımmüdafiəçisi Kees Smit ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, ispan nəhəngləri futbolçunu komandanın uzunmüddətli gücləndiricisi kimi nəzərdən keçirir. Eyni zamanda, “qaymaqlılar”ın düşərgəsi anlayır ki, hazırda Madrid klubuna keçəcəyi təqdirdə onun heyətdə yer almaq üçün mübarizə aparması çətin olacaq. Bununla belə, “Real” onu gələcəkdə transfer etmək variantını istisna etmir.
Smitin əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 5 milyon avrodur.
Aut.az
