Dünya futbolu

902-cini də vurdu

“Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının Pro Liqasında “Əl-İttifaq”la matçda (3:0) 902-ci qolunu vurub.

Aut.az xəbər verir ki, matçda hesabı 33-cü dəqiqədə Kriştiano Ronaldo açıb, 11 metrlik zərbəni qola çevirib.

Kriştiano Ronaldo tarixdə rəsmi matçlarda 902 qol vuran ilk futbolçu olub. Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 69, millidə isə 132 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının bombardiridir.

Ronaldonun klubu ilə əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir. Transfermarkt internet portalında verilən məlumata görə, 39 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Aut.az