Kvaratsxeliya Premyer Liqa yolunda
“Arsenal” PSJ-nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanı transfer etməkdə maraqlıdır.
Aut.az xəbər veirrk i, İspaniyanın Fichajes nəşrinin məlumatına görə, London təmsilçisi futbolçunun mümkün transferini izləyir. Bildirilir ki, vingerin Paris klubunu tərk edə biləcəyi ilə bağlı şayiələr “topçular”ın diqqətini çəkib.
Xviça cari mövsümdə yaxşı performans göstərmir. O, klub səviyyəsində keçirdiyi 34 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
PSJ 25 yaşlı futbolçunu 2025-ci ilin yanvarında 80 milyon avro qarşılığında transfer edib. “TransfermarktÜ portalının məlumatına görə, gürcü vingerin hazırkı bazar dəyəri 90 milyon avro qiymətləndirilir.
