İngiltərə

Runinin təyinatı rəsmiləşdi

İngiltərə milli komandasının sabiq kapitanı Ueyn Runinin yeni iş yeri müəyyənləşib.

Aut.az xəbər verir ki, o, “Birmingem”in baş məşqçisi postuna təyin edilib. Bu barədə klub rəsmi məlumat yayıb.

Çempionşip təmsilçisi veteran futbolçu ilə 3,5 illik müqavilə imzalayıb. Runinin həftəlik maaşının 33,5 min avro olacağı bildirilir.

Uzun fasilədən sonra Premyer Liqaya qayıtmağı hədəfləyən “Birmingem” Çempionşipdə 18 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki,Ueyn Runi son olaraq MLS təmsilçisi “DC Yunayted”i çalışdırıb. O, ABŞ təmsilçisindən 3 gün öncə ayrılıb. 37 yaşlı mütəxəssis “Derbi Kaunti”də də çalışıb.