“Yuventus” ona görə MY-yə təklif göndərdi
“Yuventus” “Mançester Yunayted”ə yarımmüdafiəçi Ceydon Sançonu almaq üçün təklif göndərib.
Aut.az xəbər verir ki, Turin klubunun rəhbərliyi “qırmızı şeytanlar”a sorğu göndərib. Eyni zamanda, neapolluların baş məşqçisi Antonio Konte də Sanço ilə birbaşa danışdığı üçün “Napoli”yə keçməyə razıdır.
İngilis yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Çelsi”də keçirib. London klubunun futbolçunu almaqdansa, “Yunayted”ə 5 milyon funt-sterlinq (5,8 milyon avro) təzminat ödəməyi seçdiyi barədə məlumatlar var.
Sanço bütün yarışlarda 42 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aut.az
