İngiltərə

“Çelsi” onun üçün rəsmi təklif göndərdi

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını “Çelsi”də davam etdirə bilər.

Aut.az xəbər verir ki, jurnalist Canluka Di Martsionun sözlərinə görə, London klubu İtaliya təmsilçisinə ilk rəsmi təklifini göndərib. Hazırda tərəflər aktiv şəkildə danışıqlar aparır.

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu da 70 milyon avroluq təkliflə Osimhen üçün yarışır. Ərəblərlə danışıqlar yalnız “Çelsi” ilə razılığa gəlinmədiyi halda bərpa olunacaq.

Aut.az