Polis tətil etdi: Əhməd əzəli rəqiblərin oyununu təxirə saldı
Rotterdamın meri Əhməd Aboutaleb gələn bazar günü keçirilməsi planlaşdırılan “Feyenoord” – “Ayaks” matçının təxirə salındığını bildirib.
Aut.az xəbər verir ki, buna səbəb polisin tətil etməsi göstərilir.
“Nu.nl” portalı Rotterdam merindən sitat gətirib: “Bu qərar diqqətlə məsləhətləşmələr və təhlillərdən sonra qəbul edilib”.
Niderland çempionatının IV turunun “Feyenoord” – “Ayaks” matçı sentyabrın 1-nə təyin edilmişdi.
Aut.az
